Zelenskinin 44 yaşı tamam olur – Həyat yoldaşı onu belə təbrik etdi - FOTO

Zelenskinin 44 yaşı tamam olur – Həyat yoldaşı onu belə təbrik etdi - FOTO

Hazırda oxunan: Zelenskinin 44 yaşı tamam olur – Həyat yoldaşı onu belə təbrik etdi - FOTO

57028

Bu gün Ukrayna prezidenti Vladimir Zelenski ad gününü qeyd edir. Onun 44 yaşı tamam olur. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna mətbuatı yayıb.

Zelenskinin sözçüsü bu əlamətdar günlə bağlı bildirib ki, prezident bu hadisəni qeyd etməyəcək, bütün günü işdə olacaq:

“Hədiyyələrə sərf etmək istədikləri pulları xeyriyyəçilik üçün köçürmək daha yaxşıdır”.

Prezidenti həyat yoldaşı Yelena sosial şəbəkədə təbrik edib. 

O, Ukrayna liderinə "özünə diqqət yetirməyi" arzulayıb və birlikdə "düşündükləri hər şeyi" həyata keçirəcəklərinə söz verib.

Xatırladaq ki, Vladimir Zelenski 25 yanvar 1978-ci ildə Ukrayna-yəhudi ailəsində Ukraynanın Krivoy Roq şəhərində anadan olub. Atası Aleksandr Semenoviç Zelenski  texniki elmlər doktoru, professordur.  

O, valideynləri ilə 4 il Monqolustanda, Erdenet şəhərində yaşayıb və orada birinci sinifi qurtarıb. Sonra isə anası ilə Krivoy Roq şəhərinə qayıdıb və ingilis təmayüllü məktəbdə təhsil alıb. Çexov, Fonvizin, Dostoyevskinin əsərləri əsasında teatr oyunlarında oynayıb, məktəb ansamblında gitarist olub. 

Zelenski Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Roq İqtisadi İnstitutunda hüquq diplomunu alıb. İki aylıq təcrübə istisna olmaqla, heç vaxt öz ixtisası ilə işləməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO