Balakəndə qanunsuz ov edənlər saxlanıldı - FOTO

Balakəndə qanunsuz ov edənlər saxlanıldı - FOTO

Hazırda oxunan: Balakəndə qanunsuz ov edənlər saxlanıldı - FOTO

56981

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı gecə saatlarında Qullar kəndi ərazisində qanunsuz ov edən iki nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, müvafiq araşdırma aparılması üçün şöbəyə gətirilən həmin şəxslərin Qullar kənd sakinləri - Əhmədullah İsmayılov və qonşusu Ceyhun Rəhimov olduğu müəyyən edilib.

Onlardan tüfəng, digər ov alətləri və üzərilərində daşıdıqları çantadan ovladıqları çöl quşları aşkarlanaraq götürülüb.

Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO