Şuşa şəhər polis idarəsinin rəisi: “Gələn vətəndaşlar diqqətli olmalıdırlar”

Şuşa şəhər polis idarəsinin rəisi: “Gələn vətəndaşlar diqqətli olmalıdırlar”

Hazırda oxunan: Şuşa şəhər polis idarəsinin rəisi: “Gələn vətəndaşlar diqqətli olmalıdırlar”

56894

Xəbər verdiyimiz kimi, yanvarın 24-də Bakı-Şuşa-Bakı müntəzəm avtobus marşrutu istifadəyə verilib və bu gün səhər saat 06:30-da Bakıdan yola çıxan ilk sərnişin avtobusu artıq Şuşaya çatıb.

Bizim.Media xəbər verir ki, sərnişinləri qarşılayanlar arasında Şuşa şəhər polis idarəsinin rəisi Səməd Məhərrəmov da olub.

O, şəhərə gələnləri salamlayaraq bildirib ki, “Şuşa minalardan tam təmizlənib, lakin hər bir halda vətəndaşlar diqqətli olmalıdırlar”.

Xatırladaq ki, S.Məhərrəmov Vətən Müharibəsinin iştirakçılarından olub. O, bundan əvvəl Goranboy Rayon Polis Şöbəsində çalışıb.
Qeyd edək ki, Bakı-Şuşa-Bakı avtobus reysi həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpikdir. Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO