Müsəlman olduğu üçün işdən çıxarılan britaniyalı nazir danışdı

Müsəlman olduğu üçün işdən çıxarılan britaniyalı nazir danışdı

Hazırda oxunan: Müsəlman olduğu üçün işdən çıxarılan britaniyalı nazir danışdı

56751

Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputatı Nüsrət Qani bildirib ki, o, həmkarlarının dinindən narazılığına görə nazir vəzifəsindən azad edilib. 

Bizim.Media xəbər verir ki, Qani “The Sunday Times”a 2020-ci ilin fevralında Dövlət Aviasiya və Dəniz Nəqliyyatı Naziri vəzifəsindən azad edildiyi barədə danışıb.

Qaninin sözlərinə görə, parlament fraksiyasının liderlərindən biri Britaniya hökumətinin iclası zamanı onun İslama mənsubluğu məsələsinin gündəmə gətirilməsinin zəruriliyini elan edib. 

“Mənə dedilər ki, müsəlman nazirin mövqeyi həmkarlarımı incidir və mən sədaqətsizəm, çünki mən partiyanı islamofobiya ittihamlarından lazımınca müdafiə etmirəm”, - deyə sabiq nazir bildirib.

Britaniyalı siyasətçi bu cür bəyanatlar qarşısında özünü alçaldılmış və gücsüz hiss etdiyini etiraf edib. 

Qani iddia edir ki, bu məsələ ilə bağlı təşəbbüslər davam edərsə, “həmkarları tərəfindən diqqətdən kənarda qalacağı” və “karyerasının və reputasiyasının məhv ediləcəyi” barədə xəbərdarlıqlar alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO