Samuxda dördotaqlı ev yandı - FOTO

Samuxda dördotaqlı ev yandı - FOTO

Hazırda oxunan: Samuxda dördotaqlı ev yandı - FOTO

56648

Samuxda güclü yanğın hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sarıqamış kəndində qeydə alınıb. Kənd sakini Pərviz Yusif oğlu Hacıyevə məxsus 240  m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü tamamilə ilə yanıb. 

Dərhal hadisə yerinə FHN-nin Samux rayon yanğından mühafizə bölməsinin 2 yanğın söndürən maşını və 10 yaxın  əməkdaşı cəlb olunub və yanğın tam söndürülüb.

Ev sahibinin sözlərinə görə, əraziyə verilən təbii qaz dayandılıb. Bir müddətdən sonra qazın təzyiqlə verilməsi qaz sobasında yanğına səbəb olub. 

Qeyd edək ki, hadisə vaxtı ev sahibinin ailə üzvüləri evdə olub. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO