“Çelsi” və “Real” Fransaya getməyə bilər – Bəs “Qarabağ”?

“Çelsi” və “Real” Fransaya getməyə bilər – Bəs “Qarabağ”?

Hazırda oxunan: “Çelsi” və “Real” Fransaya getməyə bilər – Bəs “Qarabağ”?

56520

UEFA Fransada idman yarışlarında koronavirusla bağlı tətbiq olunan qaydalarla əlaqədar bəyanat verib. Bu qayda futbol üzrə Avropa kuboklarına da aiddir. Qərara əsasən, Fransada qonaq olacaq əcnəbi komandaların hər bir üzvü ən azı 2 dəfə vaksinasiyadan keçməlidir.

Gələn ay Fransada Çempionlar Liqasının 1/8 final mərhələsinin “Lill” - “Çelsi” (İngiltərə), PSJ – “Real” (Madrid, İspaniya) və Konfrans Liqasının 1/16 final mərhələsinin “Marsel” – “Qarabağ” (Azərbaycan) oyunları keçirilməlidir. 
 
Bizim.Media xəbər verir ki, UEFA yaydığı açıqlamada bildirib ki, qitənin ali futbol qurumu Avropada klub turnirlərinin bərpası ərəfəsində bütün maraqlı tərəflərlə əlaqədədir:

“Hər bir öldəkə nəzərdə tutulan oyun həmin dövlətin müvafiq qurumlarının müəyyənləşdirdiyi qaydalar çərçivəsində keçirilməlidir. Hər bir klub oyunların keçiriləcəyi ölkənin qaydalarına riayət etməlidir”. 

Bununla yanaşı, UEFA onu da bildirib ki, hazırda koronavirusla əlaqədar xüsusi qaydalar üzrə üzərində iş gedir. Bu qayda pley-off matçları ilə bağlı əlavə tövsiyələr verə bilər.

ESPN-nin xəbərinə görə, “Lill” – “Çelsi” və PSJ – “Real” matçları neytral meydanlarda keçirilə bilər. UEFA-nın koronavirusla bağlı tələbinə əsasən, meydan sahibi komanda əlavə ev meydanı olaraq neytral ölkənin arenasını göstərməlidir. 

Qeyd edək ki, “Çelsi” və “Real”ın bir çox oyunçusunun hələ də vaksinasiyadan keçmədiyi bildirilir.

“Marsel” – “Qarabağ” oyununa gəlincə, bu görüşün neytral meydanda keçirilməsi ehtimalı demək olar ki, yoxdur. Ağdam klubunun mətbuat xidmətindən bir müddət əvvəl Qol.az-a bildirilib ki, komandanın demək olar bütün oyunçuları hər iki dozada peyvənd olunub.

Xatırladaq ki, "Marsel - "Qarabağ" oyunu fevralın 17-də "Veledrom" stadionunda keçiriləcək. Cavab görüşü isə fevralın 24-də Bakıda oynanılacaq. (Qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO