Rusiya XİN:

Rusiya XİN: "Bakı və İrəvana delimitasiya prosesində yardım etməyə hazırıq"

Hazırda oxunan: Rusiya XİN: "Bakı və İrəvana delimitasiya prosesində yardım etməyə hazırıq"

56475

“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesində irəliləyişin əldə edilməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyiş əldə etməyə imkan verəcək”.  

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

Nazirlik qeyd edib ki, Moskva Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış üçtərəfli sazişlərin tam icrası zərurətindən çıxış edir. 

“Bu gün prioritet vəzifələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq, o cümlədən regionda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınmasıdır. Bu sahələrdə irəliləyişin əldə edilməsi Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyiş əldə etməyə imkan verəcək”, - nazirliyin bəyanatında deyilir. 

Bəyanatda, Moskvanın Bakı və İrəvana delimitasiya prosesində məsləhətçi yardım göstərməyə hazır olduğu da qeyd olunub. 

Xarici İşlər Nazirliyi onu da diqqətə çatdırıb ki, bu il Rusiya ilə MDB-nin əksər dövlətləri, o cümlədən Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. 
“Biz ölkələrin hər biri üçün bir sıra yubiley tədbirləri hazırlayırıq. Bir sıra tədbirlərin mədəni və maarifləndirici xarakter daşıyacağını nəzərə alaraq, onların ictimaiyyət üçün də maraqlı olacaq şəkildə təşkil edilməsinə çalışırıq”, - Rusiya XİN-in materiallarında deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO