Yola salmaq üzrə olduğumuz 2020-ci il MDB ölkələri üçün bir sıra mühüm hadisələrlə yadda qalıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, 13 günə geridə qoyacağımız 2020-ci il MDB-yə üzv dövlətlərində bəzi yaddaqalan hadisələrlə tarixə düşüb.
Gürcüstanda yeni seçki və etirazlar yaşanıb, Qırğızıstan və Moldovada hakimiyyətə avropayönümlü insanlar gəlib. Belarusda müxalifət Lukaşenkonun istefasını tələb edir. Eyni istefa tələbləri Ermənistanda Baş Nazir Nikol Paşinyana qarşı da yaşanmaqdadır.
Dünyanın qaynar konfliktləri MDB regionundan da yan keçməyib. 44 gün ərzində II Qarabağ savaşı yaşanıb və müharibə Azərbaycanın qələbəsi ilə yekunlaşıb. Donbas münaqişəsi bu il əsasən qarşılıqlı əsir və girovların dəyişdirilməsi ilə yadda qalıb. Lakin sülhə tam nail olunmayıb.
Bizim.Media