İran anti-Azərbaycan kampaniyasını yenidən gücləndirdi: Bu dəfə ölkənin ali rəhbərinin müşaviri vasitəsilə

İran anti-Azərbaycan kampaniyasını yenidən gücləndirdi: Bu dəfə ölkənin ali rəhbərinin müşaviri vasitəsilə

Hazırda oxunan: İran anti-Azərbaycan kampaniyasını yenidən gücləndirdi: Bu dəfə ölkənin ali rəhbərinin müşaviri vasitəsilə

56217

Bir neçə aydır İran mətbuatında 44 günlük Vətən müharibəsi, Azərbaycan-Türkiyə əlaqələri və Zəngəzur dəhlizi əleyhinə tirajlanan dezinformasiyalar öz kulminasiya nöqtəsinə çatıb. 

İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti rəsmi "Keyhan" qəzetinə müsahibəsində son dövrlər rəsmi Tehran ilə Bakı arasında gərginliyin aradan qaldırılması istiqamətində atılan addımlara zərbə vura biləcək fikirlər səsləndirib. 

İran Prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri, eləcə də ölkəsinin Rusiya və Çinlə münasibətlərinin əhəmiyyətini şərh edən Vilayəti, Azərbaycan Respublikası ilə bağlı məsələlərə də toxunub. 

O, 44 günlük Vətən müharibəsi və ondan sonra baş verən prosesləri guya NATO-nun Qafqaz regionuna ayaq açmasına cəhd kimi təlqin etməyə çalışıb:

"Biz NATO-nun ölkəmizin ətrafında və sərhədlərdə avantürist cəhdlərinin əleyhinəyik. Rusiya da belə düşünür. Onlar (Rusiya) NATO-nun ekspansionizmi və Rusiya ərazisinə təcavüzünə ​qarşıdırlar. Biz də NATO-nun regiona nüfuzuna qarşıyıq. Qafqaz məsələsində də (İkinci Qarabağ müharibəsi) mövqeyimizdə möhkəm dayandığımızı gördülər.İran İslam Respublikasının həssas olduğunu çoxları başa düşdü.” 

Diqqət çəkən maraqlı məqam bundan ibarətdir ki, o, bu fikirlərin ardınca İranın İŞİD mövzusunda da Rusiya ilə ortaq mövqe sərgilədiyini deyib.

Bu cür diplomatik gedişlə, yəqin ki, Vilayəti müharibə meydanında məğlub olan Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü və elə müharibə zamanı İran tərəfindən də ölkəmizə qarşı istifadə olunan uydurma “terrorçu” ittihamını bir daha gündəmə gətirməyə çalışıb.

Hansı ki, hələ Vətən müharibəsi zamanı da Vilayəti Azərbaycana qarşı bu ittihamları dilə gətirənlərdən biri idi. 

O, çıxışı zamanı Zəngəzur dəhlizi məsələsindən də danışıb. Təhlükəsizlik məsələsi olduğu üçün rəsmi Tehranın regionda sərhədlərin dəyişməsinə icazə verməyəcəyini deyib. 

Vilayəti üstüörtülü şəkildə Türkiyə rəsmilərinin Azərbaycana göstərdikləri siyasi dəstək əleyhinə də fikirlər səsləndirib. 

Gərginliyin aradan qaldırılması və münasibətlərin yenidən normallaşdırılması üçün atılan addımlar fonunda İranın ali rəhbərinin müşaviri tərəfindən bu cür həqiqətə uyğun olmayan fikirlərin səsləndirilməsi bir daha rəsmi Tehranın anti-Azərbaycan kampaniyasından əl çəkmədiyini nümayiş etdirir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO