Evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanıldı - FOTO

Evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanıldı - FOTO

Hazırda oxunan: Evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanıldı - FOTO

55478

Yaşadığı evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Bəhruz Xudiyevin yaşadığı evdə qumar oyunları təşkil etməsi müəyyən olunub.

Keçirilən baxış zamanı oradan qumar oyunlarına qoyulan pul vəsaiti, oyun kartları aşkarlanaraq götürülüb.

Həmçinin həmin ünvanda qanunsuz qumar oynayan 7 nəfər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO