Tofiq Abbasovdan mübahisə dolu AÇIQLAMA: “Azərbaycan siyasi milləti 1918-də yaranıb”

Tofiq Abbasovdan mübahisə dolu AÇIQLAMA: “Azərbaycan siyasi milləti 1918-də yaranıb”

Hazırda oxunan: Tofiq Abbasovdan mübahisə dolu AÇIQLAMA: “Azərbaycan siyasi milləti 1918-də yaranıb”

55412

“İmperiyalar dağılandan sonra siyasi səhnəyə yeni dövlətlər çıxmaqla yanaşı, yeni siyasi millətlər formalaşdı. Məsələn, Azərbaycan xalqı, azərbaycanlıların özü siyasi millət olaraq gürcü və ermənilər kimi 1918-ci ildə dünyaya göz açdılar”.

Bunu Bizim.Media-ya özəl açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Çin regionumuzda nəyin izinə düşüb? – Tofiq Abbasovdan DETALLAR


Əlavə edib ki, Azərbaycan xalqının yaranma tarixi daha qədimlərə döykənir, 104 il bundan əvvəl də mövcud idi, amma imperiyanın (Çar Rusiyası) tərkibində olub.

Onun fikrincə, milli dövlət yaradılıdıqdan sonra millətin özü də siyasi etnosa çevrilib. Tofiq Abbasov fikrini qonşu dövlətlərin bir-birinə olan ərazi iddiaları ilə davam edib:

“Ermənistan yığma dövlətdir. Belə ölkələr Avropada da var. Təsəvvür edin ki, Rumıniya, Macarıstan, Polşa, Slovakiya, hətta Bolqarıstan və Yunanıstanın da bir-birinə ərazi iddiası var”.

Yəni, dövlətçilik tarixi qədim olmayan (Yunanıstan istisna) müasir respublikalar dəqiq coğrafi məkanlarından xəbərsizdirlər deyə müxtəlif mübahisələr yaranır. Bunlardan ən müalicəsiz olanı isə Ermənistandır. Çünki ermənilərin özləri də yaxşı bilirlər ki, onların dövləti XX əsrdə Azərbaycan torpaqlarında yaradılıb və Azərbaycana ərazi iddiaları əsassızdır. 

Qeyd edək ki, ilk erməni bəyliyi XIX əsrdə (1878 San-Stefano sülh sazişi) Anadoluda yaradılmalı idi. Hər halda Avropa və Rusiya Balkan savaşını uduzan Osmanlı qarşısında bu tələblə çıxış edib. Lakin imperiya müxtəli əsaslı səbəblərlə (erməni sakinlərin say azlığı) ermənilərin bu “arzu”sunu ürəklərində qoyub.

Azərbaycan Xalq Cumhuriyyəti isə əsasən rusların təzyiqinə görə, bunu bacarmayıb. 23 ay sonra isə SSRİ erməni işğalçılığıənın genişlənməsinə şərait yaradıb. 

Yoxsa Göyçənin bir hissəsi və Zəngəzur İrəvana verilməzdi.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO