“Cenevrədə baş tutan danışıqlarda Rusiya tərəfi ABŞ qarşısında aydın və konkret bir mövqe ortaya qoyub”.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səsləndirib.
Onun sözlərinə görə, bununla bağlı sənədlər NATO-nun və ATƏT-in üzvlərinə təqdim edilib:
“Xatırladıram ki, əsas tələb bundan ibarətdir. NATO Rusiya sərhədləri yaxınlığında genişlənməməlidir. Avropanın hərbi strukturu 1997-ci ildəki vəziyyətə qayıtmalıdır. Biz hazırda Vaşinqtondan cavab gözləyirik, çünki top bizim sahəyə daxil olmayıb”.
Mariya Zaxarova çıxışında Ağ Evin mətbuat katibi Cen Psakinin də bostanına “daş atıb:
“Onun strateji sabitliklə bağlı açıqlamaları təəssüf doğurur, çünki bu mövzunu bilmir.
Xatırladaq ki, bundan əvvəl Cen Psaki Vaşinqtonun strateji sabitliyə dair danışıqların nəticələri ilə bağlı Moskvaya mümkün dezinformasiyaya hazır olması barədə xəbərdarlıq edib.
"Ağ Ev sözçüsü tərəfindən çoxsaylı yersiz bəyanatlara gəlincə, Amerika rəhbərliyinin mövzunu o qədər də bilməyən insanlar tərəfindən təmsil olunması təəssüf doğurur. Bu cür bəyanatlar ziyan vurur... Birləşmiş Ştatlar özünün də istəksizliyini nümayiş etdirir”. RİA Novosti Zaxarovanın sözlərindən sitat gətirib.
İkitərəfli məsləhətləşmələr bazar ertəsi BMT-nin Cenevrədəki ofisində ABŞ-ın Daimi Nümayəndəliyində bağlı qapılar arxasında keçirilib və yeddi saat yarım davam edib.
Rusiya Federasiyası və ABŞ-ın xarici işlər orqanları rəhbərlərinin müavinləri səviyyəsində aparılan danışıqlar Rusiya ilə Qərb arasında təhlükəsizlik məsələləri üzrə dialoqun ilk raundu olub. Bu mövzunun müzakirəsi Brüsseldə Rusiya-NATO Şurasının yanvarın 12-də, Vyanada isə ATƏT xətti ilə yanvarın 13-də keçiriləcək iclasında davam etdiriləcək.
Rusiya Federasiyasının şərtlərinə görə, ABŞ keçmiş Sovet İttifaqının NATO üzvü olmayan ölkələrinin ərazisində hərbi bazalar yaratmamalı, alyans şərqə doğru genişlənməsini dayandırmalıdır.
ABŞ dövlət katibinin müavini Vendi Şerman danışıqlardan sonra bildirib ki, ABŞ yeni ölkələrin NATO-ya daxil olmasını məhdudlaşdırmaq niyyətində deyil:
“Biz heç kimin başqa ölkə üçün NATO-ya qapını bağlamasına icazə verməyəcəyik”.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə qeyd edib ki, NATO-nun genişlənməməsi mövzusu “Amerika tərəfinin çox ciddi etirazlarına” səbəb olub. Ryabkov xüsusilə vurğulayıb ki, Rusiya üçün ən vacib məsələ Ukrayna və Gürcüstanın Alynasa daxil olmamasıdır.
“Bizə hüquqi öhdəliklər, vədlər yox, təminatlar lazımdır. Haqqında danışdığım ölkələr NATO-ya üzv olmamalıdır, bu, Rusiyanın milli təhlükəsizlik məsələsidir”.
Cenevrədəki danışıqlar Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:24 / 12.01.2022
Zaxarova Ağ Evin mətbuat katibini bacarıqsız ADLANDIRDI: “Mövzunu bilmədən bəyanat verir” - VİDEO
Hazırda oxunan: Zaxarova Ağ Evin mətbuat katibini bacarıqsız ADLANDIRDI: “Mövzunu bilmədən bəyanat verir” - VİDEO
Hazırda oxunan: Zaxarova Ağ Evin mətbuat katibini bacarıqsız ADLANDIRDI: “Mövzunu bilmədən bəyanat verir” - VİDEO
54956
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.