"WhatsApp" səsli mesajlarla bağlı YENİLİK ETDİ

Hazırda oxunan: "WhatsApp" səsli mesajlarla bağlı YENİLİK ETDİ

54906

"WhatsApp" mesajlaşma xidmətində yeni funksiya yaradılıb.

Bizim.Media xəbər verir ki, artıq səsli mesajlara  yazışmaların içərisində olmadan da qulaq asmaq mümkün olacaq.

Yeni söhbət və ya əsas ekranına keçdiyiniz zaman səsli mesaj proqramın yuxarı hissəsində görünür. İstifadəçilər oxutmanı dayandırmaq və başlamaq üçün düymələrə çıxış əldə edə bilərlər.

Arxa fonda dinləmə səsin oxunmasını dayandırmadan başqa söhbətlərə keçməyə imkan verir. 

Hələlik yenilik "Android"in beta versiyasında aktivdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO