Bu gun günorta radələrində 28 may metrostansiyasının çıxışındakı taksi dayanacagında Bakı Nəqliyyat Agentliyinin işciləri ilə taksi sürücüləri arasında qalmaqal yaşanıb.
Bizim.Media-nın hadisə yerində apardığı çəkilişlər zamanı bəzi həqiqətlər üzə çıxıb.
Taksi sürücüləri onlar üçün nəzərdə tutulmuş dayanacaqdan uzaqlaşdırılmaqlarına BNA əməkdaşlarından cavab istəyiblər.
Özlərini BNA əməkdaşı kimi təqdim edən şəxslərdən Bizim.Media-nın ünvanladığı suallara da cavab almaq mümkün olmayıb. Sonunda onlar həmin yerdən uzaqlaşmağa üstünlük veriblər.
Taksi sürücüləri isə deyiblər ki, BNA əməkdaşları kimi özlərini təqdim edən həmin şəxslər hər dəfə onları buradan uzaqlaşdırıb əlaltıları ilə ərazini şəxsi maşınlara vermək üçün boşaltmağa cəhd edirlər. Xüsusilə axşam saatlarında burada böyük mərəkələr baş verir.
Taksi sürücüləri yaranmış vəziyyətlə bağlı BNA-dan izahat istəyirlər. Onlar qanun çərçivəsində bütün qaydalara əməl etməyə hazır olduqlarını da diqqətə çatdırıblar.
Əməkdaşlarımızın hadisə yerindən hazırladıqları anbaan video materialı diqqətinizə təqdim edirik:
Şahnaz, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:26 / 11.01.2022
BNA əməkdaşları ilə taksi sürücüləri arasında QALMAQAL – ANBAAN VİDEO
Hazırda oxunan: BNA əməkdaşları ilə taksi sürücüləri arasında QALMAQAL – ANBAAN VİDEO
Hazırda oxunan: BNA əməkdaşları ilə taksi sürücüləri arasında QALMAQAL – ANBAAN VİDEO
54829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.