Yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs SAXLANILDI

Yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs SAXLANILDI

Hazırda oxunan: Yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs SAXLANILDI

54079

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əsginas təqdim edən şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə yanvarın 4-də saat 22 radələrində Babək prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birində bir nəfərin 200 manatlıq saxta əsginas verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Mikayılov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO