Qazaxıstanın bir sıra yerlərində ötən gündən etibarən başlayan kütləvi etiraz aksiyaları davam edir.
Bizim.Media xəbər verir ki, maye qazın bahalaşmasına etiraz edən nümayişçilər bir sıra siyasi tələblər də irəli sürüblər.
MÖVZU İLƏ BAĞLI:
Qazaxıstan etirazlarının MƏNTİQİ – Kim və nədən narahatdır?
Bu tələblər arasında Rusiya ilə bütün əməkdaşlığın dayandırılması, KTMT və Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatlarından çıxılmaq, Rusiya ilə iqtisadi-ticarət əlaqələri istisna olmaqla bütün əlaqələrin kəsilməsi, Krımın Ukraynanın ərazisi kimi tanınması da var.
Qazaxıstan rəhbərliyi hələ ki, etirazçıların tələblərinə rəsmi münasibət bildirməyib.
Bizim.Media