Azərbaycan Türkiyədən 202 milyonluq müdafiə və aerokosmik məhsul alıb? - DƏQİQ RƏQƏMLƏR

Azərbaycan Türkiyədən 202 milyonluq müdafiə və aerokosmik məhsul alıb? - DƏQİQ RƏQƏMLƏR

Hazırda oxunan: Azərbaycan Türkiyədən 202 milyonluq müdafiə və aerokosmik məhsul alıb? - DƏQİQ RƏQƏMLƏR

53727

Türkiyənin keçən il ən çox məhsul ixrac etdiyi ölkə 1 milyard 127 milyon 861 min dollarla ABŞ olub. Müdafiə və aerokosmik ixracatda 202 milyon 221 min dollarla Azərbaycan, 180 milyon 547 min dollarla Qətər, 161 milyon 526 min dollarla Birləşmiş Ərəb Əmirlikləri, 159 milyon 667 min dollarla Mərakeş izləyib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin müdafiə sənayesi dost və müttəfiq ölkələrin hərbi ehtiyaclarını ən qabaqcıl texnologiyalarla təmin edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusunda yeni silah: “Bora-12” snayperi - VİDEO


Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, ötən il ölkənin ixracat məhsulları 32,9 % artaraq 225 milyard 367 milyon 676 min ABŞ dollarına çatıb. Müdafiə və aerokosmik sənaye məhsulları isə illik ixracatda 41,5 % artıb.

Müdafiə və aerokosmik sənayesi 2021-ci ildə ixrac rekordu qırıb. Belə ki, müdafiə və aerokosmik sənayesi 2021-ci ildə 3 milyard 224 milyon 786 min ABŞ dolları ilə yeni ixrac rekorduna çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO