Transgender deyil - Makronun həyat yoldaşının uşaqlıq FOTOLARI yayıldı 

Transgender deyil - Makronun həyat yoldaşının uşaqlıq FOTOLARI yayıldı 

Hazırda oxunan: Transgender deyil - Makronun həyat yoldaşının uşaqlıq FOTOLARI yayıldı 

53516

“Faits et Documents” ultrasağçı nəşrinin Fransanın birinci xanımının cinsi ilə bağlı araşdırması üç il davam edib. Onun müəllifi Nataşa Reyin dediyinə görə, buna transgenderlərə xas olan “Bricit Makronun görünüşü” səbəb olub. 

Bizim.Media "Focus.ua" nəşrinə istinadən xəbər verir ki, indi o, sözlərinə görə cavab verməli olacaq.

Müəlliflərindən biri Nataşa Rey yazıb ki, 68 yaşlı madam Makron kişi doğulub və sonradan cinsini dəyişib.

Və informasiya ifrat sağçı Faits et Documents (Faktlar və Sənədlər) jurnalında yer alıb. Prezidentin həyat yoldaşı böhtanla bağlı məhkəmə iddiası hazırlayarkən Parisdəki “Daily Mail” nəşrinin jurnalistləri Bricitin doğulduğu Tronye ailəsi haqqında daha çox məlumat əldə ediblər və birinci xanımın transseksual keçidi ilə bağlı məlumatları təkzib ediblər.

Tronye ailəsi Şimali Fransanın Amiens bölgəsində məşhur şokoladçılar və şirniyyatçılardır.

Orada nüfuzlu Trogneux brendi Böyük Britaniyadakı Thorntons kimi məşhurdur. Onların Fransanın şimalında daha 12 filialı var.

İnternetdə Tronye cütlüyünün  uşaqları ilə fotoşəkili var, burada kiçik bir qız Madam Tronyenin qucağında oturur və atasının yanında  damalı köynəkdə bir oğlan dayanır. Şəkil 1950-ci illərdə çəkilib. 

Sosial şəbəkələrdə və YouTube-da dəfələrlə Makron ailəsini tənqid edən Nataşa Rey bu ailə şəklinə şərh verərək, uşağın qadının qucağında olduğunu iddia edib. 

Bricitə gəlincə, Reyin dediyinə görə, o da şəkildə var, yalnız Jan-Mişel Tronye adlı damalı köynəkli həmin oğlanın qiyafəsindədir. İddialara görə, o, 1980-ci illərin əvvəllərində cinsiyyətinin dəyişdirilməsi əməliyyatı keçirdikdən sonra transgender qadın olub.
Rey vurğulayıb ki, “Faits et Documents”də üç il davam edən "araşdırma"nın "Bridcit Macronun sirri"nin səbəbi onun transgenderlərə xas olan "fizikası" olub. Jurnalist bu anları səsləndirən kimi sosial şəbəkələrdə #JeanMichelTrogneux həştəqi ilə xəbər geniş yayılmağa başlayıb.

Güman edilir ki, damalı köynəkli oğlan Bricitin özündən səkkiz yaş böyük olan mərhum Jean-Claude Tronyedir. Ailə şokolad fabrikinin müdiri işləyib.

Bricitin doğum məlumatı Amiensin paytaxtı olduğu Picardy bölgəsinin gündəlik qəzeti olan Courrier Picard-da dərc olunub. Orada onun ad günü 13 aprel 1953-cü il kimi qeyd olunur.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO