Millət vəkilindən QƏZET FƏRYADI: “2022-də klassik medianın inkişafına çalışmalıyıq”

Millət vəkilindən QƏZET FƏRYADI: “2022-də klassik medianın inkişafına çalışmalıyıq”

Hazırda oxunan: Millət vəkilindən QƏZET FƏRYADI: “2022-də klassik medianın inkişafına çalışmalıyıq”

53504

Yeni ildə hər sahədə gözləntilər olduğu kimi, Azərbaycan jurnalistikası, mediasından da yenilik intizarı var.

Ən azından ona görə ki, sadə vətəndaşlar, hətta bəzi məsələlərdə elə məmurların özləri də dünyada və ölkədə baş verənlərdən KİV vasitəsilə agah olurlar.

Millət vəkili Etibar Əliyev mövzuya münasibət bildirərkən əvvəlcə xatırladıb ki, “media” anlayışı latın dilindən götürülüb. Mənası isə “vasitəçi” deməkdir:

“Dövlət ilə cəmiyyət arasında vasitəçi rolunu jurnalistlər oynayır”. 

Bizim.Media-ya özəl müsahibəsində deputat qeyd etdiyi fikirlərin dünyaca məşhur “Encyclopedia Britannica”da jurnalistikanın tərifi olduğunu bildirib. Belə ki, jurnalist faktı və hadisəni təqdim etməlidir:

“Onu interpretasiya (fərqli yozum) etməməlidir. Məmur, deputat fikir söyləyir, bu fikiri bir tərəfə qoyurlar və şəxsiyyətə hücum çəkirlər. Bunun bioqrafiyasını (tərcümeyi-hal) axtarırlar. Həyat və yaradıcılığı ilə bağlı qaranlıq məqamlar araşdırırlar. İstəyirəm ki, Azərbaycan jurnalistikası fikiri təhlil eləsin, analitik təfəkkürə malik jurnalistlərin sayı çox olsun. Türkiyədə, Rusiyada çıxan qəzetlərə, saytlara baxın – tək xəbərdən ibarət deyil. Analitik yazılar var, təhlillər mövcuddur. Onlar artıq tükənmək üzrədir. Qəzet yoxdur. Qəzetin olmaması yaxşı hal deyil. Yaponiyada 47 milyon, Rusiyada 1 milyon tirajda qəzetlər çıxır. Qəzet arxivdir, sayt isə arxiv deyil. Düşünürəm ki, klassik medianın inkişafına çalışmalıyıq. 2022-ci ildə jurnalistlərdən tərəfsiz və qərəzsiz fəaliyyət göstərməyi arzulayıram. Ölkədəki saytların böyük kəsimi qütbləşib. Yalnız yaxın şəxslərin yazılarını çap edirlər, yaxud hər hansı ödəniş olmadan dövlət və cəmiyyət üçün əhəmiyyətli olan məlumatı işıqlandırmırlar. Burada ödəniş rol oynamamalıdır. Çünki həmin xəbərin ictimai yükü var. Həm də sözügedən informasiya sayta, xəbər portalına müsbət imic qazandırar. Jurnalist kursları təkmilləşməlidir”. 

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO