Millət vəkilinin 2022-ci il üçün əminliyi nədən qaynaqlanır? - DETALLAR

Millət vəkilinin 2022-ci il üçün əminliyi nədən qaynaqlanır? - DETALLAR

Hazırda oxunan: Millət vəkilinin 2022-ci il üçün əminliyi nədən qaynaqlanır? - DETALLAR

53401

“Azərbaycan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan və onun rəhbərlik etdiyi Müzəffər Milli Ordunun şücaiəti və rəşadəti ilə Azərbaycan qarşı iki yüz illik tarixi olan erməni düşmənçiliyini əzərək  torpaqlarını azad etdi. Şəhidlərimizin qanı ilə qazanılan bu möhtəşəm Zəfər xalqımızı, gələcək nəsilləri əbədi şərəfləndirərək, milli qürurumuzu daha da artırdı”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

O, qeyd edib ki, ən yeni tariximizin bu mərhələsi ayrıca zəfər tarixi kimi yazılmalıdır.

“Bəzi tarixçilər ancaq 44 günlük Vətən müharibəsi dövrünü zəfər tarixi adlandırır. Amma hesab edirəm ki, biz zəfərə illərlə addımlamışıq”.

Söhbət əsnasında millət vəkili 2021-ci ildə qazanılan uğurlarından da söz açıb. O, bu ili Azərbaycan tarixinin çox böyük nailiyyət ili kimi qiymətləndirib.

“2021-ci ilin beynəlxalq aləmdə Vətən müharibəsində əldə etdiyimiz Zəfəri tanıdılması və qəbul edilməsi, İlham Əliyev diplomatiyasının beynəlxalq təşkilatlarda və dünyada təntənəsi ili kimi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən misilsiz layihələrlə, eləcə də beynəlxalq səviyyəli layihələrlə yazıldı. Sözsüz ki, bütün bunları biz təkcə Qarabağın işğaldan azad olunması ilə əlaqələndirməməliyik.
 

Respublikamız Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq aləmdə bir sıra uğurlara imza atması, 2021-ci il yanvar ayında keçirilən üç tərəfli, noyabr ayındakı Soçidə və Brüssel səfəri çərçivəsində keçirilən bütün görüşlərlə gücünü bir daha sübut etdi”.


Millət vəkili 2022-ci il haqqında isə bu fikirləri söylədi:

“Bu ilin uğularına görə, biz indidən 2022-ci ilin də böyük nailiyyətlər ili olacağını əminliklə deyə bilərik. İnşallah, qarşıdakı illər Azərbaycan xalqının ən gözəl uğur hekayələri olacaqdır. Biz hər zaman həmrəy olaraq, bütün dünyaya gücümüzü sübut edəcəyik”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO