Həmrəylik günü münasibətilə videoçarx təqdim olunub - VİDEO

Həmrəylik günü münasibətilə videoçarx təqdim olunub - VİDEO

Hazırda oxunan: Həmrəylik günü münasibətilə videoçarx təqdim olunub - VİDEO

53354

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın iştirakı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş videoçarx hazırlanıb.

Bizim.Media xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gələn videoçarxda həmvətənlərimiz yaşadıqları ölkələrdən Azərbaycanın Dövlət Himnini səsləndirməklə xalqımıza təbriklərini çatdırıblar, birlik və həmrəyliklərini nümayiş etdiriblər.

Videoçarxın bədii hissəsi ABŞ-ın Nyu York şəhərində çəkilib. Dövlət Himnimizin sözləri alt yazı ilə ingilis dilində təqdim edilib.

Videoçarx “Dünyanın harasında olursan ol, əgər azərbaycanlısansa, zaman yetişəndə hamı bir olub və bir olacaq!” fikri ilə tamamlanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO