Elza Seyidcahanla ailə qurmaq istəyən iş adamı kimdir? -

Elza Seyidcahanla ailə qurmaq istəyən iş adamı kimdir? - "Tez düşüb evə qaçdım..." - VİDEO

Hazırda oxunan: Elza Seyidcahanla ailə qurmaq istəyən iş adamı kimdir? - "Tez düşüb evə qaçdım..." - VİDEO

53270

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub.

Bizim.Media xəbər verir ki, sənətçi ona elçi düşən iş adamından danışıb:

"Bir gün konservatoriyadan çıxıb evə gedəndə marşrutda hündür, yaraşıqlı bir oğlan yanımda oturub, mənə nəsə dedi.

Tez düşüb evə qaçdım. Bu proses hər gün davam etdi. Mən də marşrutumu dəyişdim. Bir gün xalamla idim, evə gedirdik. Metroya mindik.

Çıxanda gördüm həmin oğlan çıxışda dayanıb gözü ilə məni axtarır. Gəlib avtobusa bizimlə birgə mindi. Dalımızca düşdü.

Xalam ona dedi ki, cavan oğlan, bu xanım subay deyil, 2 uşağı var. Halbu ki, mən o zaman boşanmışdım. Oğlan dedi ki, yox, bunun əri yoxdur. Belə qadın çöldədirsə, demək əri yoxdur. O, Saxalindən gəlmişdi, iş adamı idi. Adı Orxan idi. Dedi ki, sənətini at, mənimlə birgə gedək. Mən razı olmadım", - deyə E.Seyidcahan bildirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO