Avripa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell Welt-ə müsahibəsində Rusiyanın Aİ və NATO-nun şərqə doğru genişlənməsinə son qoymaq tələblərinin qəbuledilməz olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu infirmasiya Rusiyanın “RT” nəşrində yerləşdirilib.
Diplomatın fikrincə, təhlükəsizlik zəmanətlərinə dair tələblər “sırf Rusiya gündəmidir”. O, irəli sürülən şərtləri, xüsusən də Ukraynaya münasibəti tamamilə “qəbuledilməz” adlandırıb.
Borrell onu da qeyd edib ki, Rusiya ilk dəfə öz gündəliyini yazılı şəkildə təqdim edib.
Bundan əvvəl Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın təhlükəsizliklə bağlı bir sıra təkliflərinin ABŞ və Avropa üçün qəbuledilməz olacağını bildirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Moskva ilə Vaşinqton arasında təhlükəsizlik məsələləri üzrə danışıqlar yanvarın 10-da baş tuta bilər, lakin hələlik yekun razılaşma yoxdur.
Dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi ABŞ və NATO ölkələri ilə təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib.
Həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, NATO Sovet İttifaqının dağılmasından sonra ərazilərin ələ keçirilməsi üçün yaradılan geosiyasi layihədir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:21 / 29.12.2021
Avropa İttifaqından Rusiyaya sərt ETİRAZ: “Tələbləriniz qəbuledilməzdir”
Hazırda oxunan: Avropa İttifaqından Rusiyaya sərt ETİRAZ: “Tələbləriniz qəbuledilməzdir”
Hazırda oxunan: Avropa İttifaqından Rusiyaya sərt ETİRAZ: “Tələbləriniz qəbuledilməzdir”
52995
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.