''Bu gün bank sektorundakı vəziyyət bütün insanları narahat edir''.
Bizim.Media məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, xaricdəki vəsaitlərin bir hissəsinin ölkəyə gətirilməsinin manatın kursuna təsir edə biləcəyini deyirlər:
''Bəs ölkəyə investisiya qoymadan inkişafa necə nail olunacaq? Bunun özü göstərir ki, bizdə ciddi anormallıq var. Banklarda faizlər yuxarı olduğuna görə bu gün banklarda 7 milyard sərbəst vəsait qalıb. Ona görə də 10 milyonluq Azərbaycan kimi ölkədə iqtisadiyyata yüz milyardlarla investisiya qoyulmalıdır.
Ona görə mən deyirdim ki, dövlət müəssisələri gətirib pulunu yerli banklarda saxlasın. Bu baş vermədiyi, banklara etimad olmadığı üçün bir çox insan vəsaitlini banka qoymur. Sahibkar təfəkkürü fərqli təfəkkürdür.
Bizdə Sahibkarlara Yardım Fondu çərçivəsində sahibkarlara müəyyən vəsait verilir. Amma bu, kiçik məbləğdir. Bunu banklarla sahibkarların arasına buraxmaq lazımdır. Sahibkarlar Dövlət Neft Fondunun vəsaitlərindən istifadə etməlidir. Bu dövlətin, xalqın pullarıdır''.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:38 / 15.12.2020
Deputat: ''Neft Fondunun vəsaitini istifadə edilməlidir - Bu xalqın puludur''
Hazırda oxunan: Deputat: ''Neft Fondunun vəsaitini istifadə edilməlidir - Bu xalqın puludur''
Hazırda oxunan: Deputat: ''Neft Fondunun vəsaitini istifadə edilməlidir - Bu xalqın puludur''
5291
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.