31 dekabr günü bayramı toya çevirənlər olacaqmı? - Restoran və Müğənnilərdən SORĞU 

31 dekabr günü bayramı toya çevirənlər olacaqmı? - Restoran və Müğənnilərdən SORĞU 

Hazırda oxunan: 31 dekabr günü bayramı toya çevirənlər olacaqmı? - Restoran və Müğənnilərdən SORĞU 

52626

Hər bir şəxs toy mərasimini gözəl və özəl olan tarixlərdə etməyi çox istəyir. Toy günləri cütlüklərin təkcə tanış olduqları tarix deyil, həmçinin ən sevdikləri bayram günləri də ola bilir. 

Bizim.Media olaraq qarşıdan gələn 31 dekabr Həmrəylik günü və Yeni il bayramında toy mərasimlərinin keçirilib keçirilməyəcəyi haqda restoranlardan məlumat aldıq. 
 

MÖVZU İLƏ BAĞLI:

İrəvanda konsert verərsinizmi? – Azərbaycanın şou əhlinin maraqlı CAVABLARI


"Bakı Əyləncə Mərkəzi"- nin toy təşkilatçısının sözlərinə görə, yeni il günü çox az sayda toy mərasimləri keçirilir. 

"Bu il 31 dekabrda toy mərasimi olmayacaq. Adətən 31-i bayrama özəl olaraq restoranlar şou proqramlar hazırlayır o istiqamətdə fəaliyyətini davam etdirir. Biz də həmçinin eyni qaydada şou programla qonaqlarımızı qarşılayacağıq". 

Həmçinin məşhur müğənnilərimizlə də əlaqə saxladıq. 

Faiq Ağayev, Damla, Ədalət Şükürov, İzzət Bağırov, Afət Fərmanqızı bayram günlərində bir neçə restoranlarda bayram proqramlarında çıxış edəcəklərini açıqladılar. 

"Nökər nədir, bekar nədir. Yeni il günlərində bir sıra tanınmış şadlıq saraylarında şou proqramlarda çıxış edəcəyəm. Hələ ki, nə Bakıdan nə də Rusiyadan toy sifarişi almamışam" - deyə, Afət Fərmanqızı açıqlamasında bildirib. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO