Mediasiya Şurasının Xüsusi Komissiyası monitorinq keçirdi - FOTO 

Mediasiya Şurasının Xüsusi Komissiyası monitorinq keçirdi - FOTO 

Hazırda oxunan: Mediasiya Şurasının Xüsusi Komissiyası monitorinq keçirdi - FOTO 

52552

Mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiya tərəfindən həyata keçirilən monitorinqlər davam etdirilir.

Məlum olduğu kimi Mediasiya Şurası İdarə Heyətinin 21.12.2021-ci il tarixlı qərarı ilə, yeni yaradılmış mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi və onların gələcək fəaliyyətlərinin zəruri monitorinqinin həyata keçirilməsi üçün Xüsusi Komisiya yaradılıb.

9 nəfərdən ibarət Komissiya yaradıldığı ilk gündən fəaliyyətə başlayıb.

Dekabrın 25-ində Xüsusi Komissiyanın sədri Bəylər Məmişov, üzvləri Esmira Hüseynova, Mayıl Əhməd, Fərhad Mehdiyev, Elçin Həsənov, Anar İsayev Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən 5 saylı Mediasiya Təşkilatında olmaqla, təşkilatın interyer şəraiti ilə tanış olub, o cümlədən mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitin monitorinqini həyata keçiriblər.

5 saylı Mediasiya Təşkilatının təsisçisi Taleh İbrahimov təşkilatda fəaliyyət göstərəcək mediatorlara müraciət edən vətəndaşlar və mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış işgüzar şəraitlə bağlı, o cümlədən təşkilatda kargüzarlıq işinin qanunvericiliyin tələbinə uyğun qurulması barədə Komissiya üzvlərinə geniş məlumat verib.

Xüsusi Komissiyanın üzvləri təşkilatın yerləşdiyi qeyri-yaşayış sahəsində mediasiya prosesləri zamanı mediatorlarla vətəndaşların görüşləri üçün yaradılmış, xüsusi dizaynla təmir edilmiş, zəruri mebellə təchiz edilmiş otaqların şəraiti ilə bilavasitə tanış olublar.

Sonda Komissiya tərəfindən təşkilatın ofisinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3-cü maddəsinin tələbinə uyğunluğu yoxlanılıb və təşkilatın Mediasiya Şurasının reyestrinə daxil edilməsi məsələsinin müzakirəsi ilə bağlı İdarə Heyətinə təqdim olunması üçün rəy tərtib olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO