Qusarda hərbçinin üçəmləri ad günlərini qeyd edir - FOTO

Qusarda hərbçinin üçəmləri ad günlərini qeyd edir - FOTO

Hazırda oxunan: Qusarda hərbçinin üçəmləri ad günlərini qeyd edir - FOTO

52272

Azərbaycan Prezidenti İlham Əliyevin doğum günündə Qusardan olan hərbçi, baş gizir Əmrulla Əmirəliyevin üçəmləri də ad günlərini qeyd edirlər.

Bizim.Media xəbər verir ki, dörd il əvvəl, dekabrın 24-də Qusar rayon mərkəzi xəstəxanasının doğum şöbəsində dünyaya gələn üçəmlərdən biri oğlan, ikisi qız olub. Oğlan uşağına dövlət başçısının şərəfinə İlham, qızlara isə Zəhra və Fatimə adları verilib.

Üçəmləri doğulan hərbçinin ailəsini Müdafiə Nazirliyi mənzillə təmin edib.

Hazırda Azərbaycan Milli Ordusunda xidmətini davam etdirən Əmrulla Əmirəliyev dövlətin qayğısından razılıq edir. 

Qeyd edək ki, son 5 ildə Qusarda 41 əkiz və 1 üçəm doğulub.

Aytəkin Alxaslı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO