Partiya rəhbərlərinin Brüssel görüşü ilə bağlı fərqli FİKİRLƏRİ – Kim nə düşünür?

Partiya rəhbərlərinin Brüssel görüşü ilə bağlı fərqli FİKİRLƏRİ – Kim nə düşünür?

Hazırda oxunan: Partiya rəhbərlərinin Brüssel görüşü ilə bağlı fərqli FİKİRLƏRİ – Kim nə düşünür?

51071

Brüssel səfəri barədə Azərbaycandakı siyasi partiyaların mövqeyi bənzəsə də, bəzən seçilir. Məsələn millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Brüssel səfərini uğurlu adlandırıb.

Bizim.Media-ya özəl açıqlamasında deputat bildirib ki, Brüsseldəki bütün görüş və toplantılarda Azərbaycanın maraqları qorunub:
 

MÖVZU İLƏ BAĞLI:

Minsk qrupunun vasitəçiliyinə ehtiyac yarana bilər? – Millət vəkili Sahib Alıyevdən TƏKLİF


“Düşünürəm ki, bu səfərdən sonra bölgədə yeni reallıqların şahidi olacağıq”.

Ümid Partiyasının lideri İqbal Ağazadə səfər haqqında ciddi düşüncələrinin olmadığını qeyd edib:

“İlkin məlumatlar olsun, ondan sonra danışacağıq”. 

- Bəs Prezident İlham Əliyevlə Nikol Paşinyanın birbaşa görüşü?

“Görüşdə dəmir yolunun açılmasından başqa heç nə açıqlanmayıb. Məlumatlarımızı toplayaq, ardınca mövqeyimizi deyəcəyik”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Brüsseldə Qarabağ məsələsi ilə əlaqədar NATO qərargahındakı görüşə diqqət yetirib:

“Laçın dəhlizinin statusu Zəngəzur dəhlizi ilə eyni olmalıdır” fikiri Azərbaycan Prezidenti tərəfindən ilk dəfə bu dərəcədə aydın və net şəkildə səsləndirildi. O ki qaldı Stoltenberqin çıxışına, orada da aydın fikir səslənib. Hər halda hazırda bu, əhəmiyyətə malikdir. Çünki Ermənistanda bəzi qüvvələr guya Qərbin məsələni hərbi yolla həll etmək üçün İrəvana kömək edəcəyindən danışır. Stoltenberq isə bəyan edib ki, hər iki ölkənin NATO üçün qiymətli tərəfdaş olduğu üçün məsələdə bitərəfik”. 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının fikrincə, Avropa İttifaqının rəhbəri olan bir nüfuzlu şəxsin açıqlamış olduğu bəyanat Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətində apardığı mübarizəyə daha ciddi bir möhürünü vurub:

“Rəsmi Bakının razılığı olmadan heç bir addım atılmır. Diqqət etsəniz, orada Qarabağın statusu məsələsindən söhbət getmədiyini görərsiniz.

Qarabağda yaşayan ermənilərin öz müqəddəratlarını təyin etməkdən də söz getmir. Ancaq ərazi bütövlüyümüzü təmin edən amillər nəzərə alınmaqla kommunikasiyaların açılması, sərhədlərin müəyyən edilməsi, Azərbaycanla Ermənistan arasında sülhə, əməkdaşlığa əsaslanan münasibətlərin qurulması istiqamətində müsbət addımlar atılmaqdadır. Bütün bunlar ölkə prezidentinin siyasətinin və qarşıya qoyduğu vəzifələrin tam tərkib hissəsidir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO