Gülüş hədəfi olmaqdan qorxan kimlərdir? – Bürclərin FOBİYALARI 

Gülüş hədəfi olmaqdan qorxan kimlərdir? – Bürclərin FOBİYALARI 

Hazırda oxunan: Gülüş hədəfi olmaqdan qorxan kimlərdir? – Bürclərin FOBİYALARI 

50839

Hər bir insanın müxtəlif cür fobiyaları olur. Arasıra fobiyalar barədə də yazılar verdiyimiz üçün bu qorxular arasında gülməli olan xofların da mövcudluğu bəllidir.

Bizim.Media bu dəfə astroloqların bürclərə görə qorxu səbəblərini toplayıb:

Qoç

Bu bürcün zəifliyi onların enerjili və qətiyyətli olmasındadır. Paradoks kimi səslənsə də, qoçlar planlaşdırdığı bir işin alınmayacağından qorxurlar. Yerində addımlamağı da görməyə gözləri yoxdur. Əgər hərəkət yoxdursa, onlara elə gəlir ki, hər şey təhlükə altındadır. Onlar çox vaxt bu qorxularını lovğalıqları ilə üstələyə bilirlər.

Buğa

Əsas qorxuları stabilliyin olmamasıdır. Şəraitə tez uyğunlaşır və dəyişiklikləri sevmir. Hətta qorxur. Buğalar elə düşünürlər ki, istənilən dəyişiklik xaosla yekunlaşacaq. Buna görə də, yeni iş tapmağa məcbur etməyənə qədər oturduğu yerdə qalacaq. Ev və münasibətlərdə də belədir.

Əkizlər

Detsidofobiya ən adi qərarı belə almaqdan qorxmaqdır. Bu fobiya əkizlərdə müşahidə olunur. Nəyəsə qərar verməli olanda vaxt uzadır, bəhanələr uydururlar. Onlara təzyiq göstərmək kölgəyə çəkilməklərinə səbəb olur. Belə qorxular normal münasibət qurmağa maneədir.

Bununla yanaşı sevilmək əkizlər üçün önəmlidir, təklikdən çəkinirlər.

Xərçəng

Qorxular üzrə lider bürcdür. Gülüş hədəfi olmaqdan çox qorxurlar. Yaxınları barədə pis nəsə ola bilmə barədə düşüncə belə əhvallarını dəyişir. Sürət, hündürlük, qapalı məkan qorxuları digər fobiyaların da yaranmasına yol açır. Xərçəng həm də başqasının fikrindən, rəyindən asılıdır. Ona görə də şəxsi individuallığından qorxur.

Şir

Xərçəng kimi şirlər də kənar məzə, gülüş hədəfi olmaqdan çəkinirlər. Şirlər bu haqda düşünəndə belə, ovqatları mənfiyə doğru dəyişir. Əsas fobiyaları nəzərə çarpmayacaq vəziyyətdə olmaqdır. Çünki diqqət mərkəzində olmağı sevirlər. Stomatoloqlar ən qorxduqları peşə sahibləridir. 

Qız

Gərgin həyat qrafikinə kökləndikləri üçün hər xırda hadisəyə görə narahat olurlar. Həşərat, ağ köynəyin rəngli paltarla təsadüfən yuyulması onları qorxudur. İşlərində aydınlığın olmaması və xaos çəkindikləri arasındadır. Özünə qarşı ifrat tələbkarlıqla qız bürcündən olanlar özü və yaxınlarının həyatını çətinləşdirir.

Tərəzi

Təklik bir nömrəli qorxularıdır. İzolə olunmaq, dost, tanış, yaxınları və sevgisiz qalmaqdan çəkinirlər. Kiməsə qayğı göstərə bilməmək də onları təlaşlandırır.

Yanında oturub, uzanan varsa, əslində tərəzi özü də özünün kefini aça, başını qata bilir. Həmçinin tərəzilər kiminsə ümidlərini doğrultmamaqdan qorxurlar. Qorxudan tir-tir əsdikləri isə ilan, qurbağa, ağrı və həkimlərdir. 

Əqrəb

Soyuqluq, yekəxanalıq və aqressivliklə əqrəblər həssaslıq, emosional asılılıq qorxuları və özgüvənsizliklərini gizlədirlər. Onlar ən güclü, ən yaxşı ola bilməməkdən qorxduqları üçün belə maska taxırlar. Ən çox qorxduqları isə əziz bildikləri insanın satqınlığıdır. 

Oxatan

Oxatanlar hər şeyi nəzarətdə saxlamağı vacib bilir. Kontrolu itirmək isə onlar üçün iflasa bərabərdir. Oxatan həm də məhdudiyyətlərdən ehtiyatlanır. Oxatanıların çoxunda klaustrofobiya var. Yəni hardasa məcburi olmaq onları dəli edir. Bu bürcün qorxduğu digər nüans istənilən işdəki uğursuzluqdur.

Oğlaq

Tez qərar çıxara bilmirlər. Mövqelərinin itirilməsi də təlaşlarındandır. Sadə dildə desək, şöbə rəisi olmaq onlar üçün daha gəlirli sərbəst məsləkdən önəmlidir. Ən dəhşətli yuxusu isə kimdənsə nəsə xahiş etməkdir. “Hər şeyi özüm” prinsipi oğlaqlar üçün tərk etməyəcəkləri pozitsiyadır. 

Dolça

Oxatanlar kimi dolçalar da azadlıqlarını itirməkdən qorxurlar. Kiməsə lazım olmamaq barədə düşünmək belə onlar üçün xofludur. Ürəklərincə olmayan işi sevmirlər. Dəyişiklik və yenilik isə onlara uyğundur. Publik çıxışlar da dolçalara pis təsir edir. 

Balıqlar

Çox həssasdırlar. Qəlblərinə dəymək asandır. Tez xəstələnir, soyuqlayırlar.

Fantaziya, təxəyyüllərinin zəngin olması əhəmiyyətsiz bir detalı da onlar üçün qorxuya çevirə bilər. Əlamətlərə inanırlar və riskdən uzaq dururlar. Çünki hər zaman hər işdə bir xoşagəlməzlik gözləyirlər. Əslində möhkəm olmaqlarına rəğmən, yaşamağa qorxurlar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO