Çavuşoğlu “Dubay Ekspo-2020”dəki Azərbaycan pavilyonunda oldu - FOTO

Çavuşoğlu “Dubay Ekspo-2020”dəki Azərbaycan pavilyonunda oldu - FOTO

Hazırda oxunan: Çavuşoğlu “Dubay Ekspo-2020”dəki Azərbaycan pavilyonunda oldu - FOTO

50711

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində “Dubay Ekspo-2020” sərgi mərkəzini ziyarət edib.

Bizim.Media xəbər verir ki, M.Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti sərgidəki Türkiyə və Azərbaycan pavilyonlarında olub. Ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov Türkiyə nümayəndə heyətini qarşılayıb və pavilyonumuz haqqında ətrafı məlumat verib.

Qeyd olunub ki, Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” mövzusu ilə çıxış edir və pavilyonumuz sərginin davamlılıq hissəsində yerləşir. "Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır" konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Həmçinin burada Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür.

Pavilyonla tanışlıqdan sonra M. Çavuşoğlu Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərindən, 44 günlük Vətən müharibəsindən söhbət açıb. O, bir daha Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. Türkiyəli nazir pavilyondakı xatirə kitabına ürək sözlərini yazıb.

Baş konsul Cavidan Hüseynov türkiyəli nazirə Azərbaycan pavilyonunu ziyarət etdiyinə və ölkəmiz haqqında söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO