Eynulla Fətullayevdən spikerə CAVAB: “Səfər Mehdiyevin audioyazısını təqdim edə bilərəm”

Eynulla Fətullayevdən spikerə CAVAB: “Səfər Mehdiyevin audioyazısını təqdim edə bilərəm”

Hazırda oxunan: Eynulla Fətullayevdən spikerə CAVAB: “Səfər Mehdiyevin audioyazısını təqdim edə bilərəm”

50599

Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ona zəng vurduğunu, müsahibədəki fikirlərinin təhrif olunduğunu və bəzi deputatları fırıldaqçı adlandırmadığını deyib və fikirlərinin “təhrif olunduğuna görə” təəssüfləndiyini bildirib.

Bizim.Media xəbər verir ki, Eynulla Fətullayev virtualaz.org saytına açıqlamasında Milli Məclisin sədri Sahibə Qafarovanın bugünkü bəyanatına cavab verib. 

MÖVZU İLƏ BAĞLI:

Parlament sədri: “Səfər Mehdiyev mənə zəng vurub…”


“İnanmıram ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Milli Məclisin spikeri Sahibə Qafarovaya mənə verdiyi müsahibə zamanı bəzi deputatların qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğu barədə tənqidi fikirlər işlətmədiyini desin.

Çünki cənab S.Mehdiyevin icazəsi ilə mən söhbətimizin audioyazısını aparmışam. Bundan əlavə, S.Mehdiyev dedi ki, bu tənqidləri üstəlik baş nazir Əli Əsədovun iştirakı ilə Milli Məclisin iclası zamanı da səsləndirmək və deputatlara cavab vermək istəyib. Amma reqlament buna imkan verməyib. Əgər Milli Məclisin sədrinə maraqlıdırsa, mən Səfər Mehdiyevlə söhbətimizin audioyazısını ona təqdim etməyə hazıram”, deyə o, qeyd edib.

Jurnalist təəssüfləndiyini bildirib ki, onu və haqqin.az saytını hansısa intriqalara cəlb etmək istəyirlər. 

Eynulla Fətullayev məmurları və deputatları açıq siyasətə və səmimiliyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO