Ərdoğan:

Ərdoğan: "Azərbaycan Türkiyəsiz olmayacaq"

Hazırda oxunan: Ərdoğan: "Azərbaycan Türkiyəsiz olmayacaq"

4957

“Bizim onsuz da Azərbaycanla hərbi təhsil-təlimlə bağlı razılaşmamız var. Anlaşma parlament tərəfindən qəbul olunub. Bu anlaşma aramızdakı həmrəyliyi çox daha fərqli bir platformaya daşıyacaq”.

Bizim.Media xəbərə verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuatın suallarını cavablandırarkən belə deyib.

Ərdoğan bildirib ki, onsuz da azərbaycanlı hərbçilər daha əvvəl Türkiyəyə gəlib təhsil-təlim alıblar və yenə alacaqlar:

“Bizim aramızda kəşfiyyat və s. digər sahələrdə əməkdaşlıq var. Yəni, inşallah, Azərbaycan Türkiyəsiz olmayacaq və bu həmrəyliyimiz hər sahədə davam edəcək. Azərbaycanla siyasi, hərbi, iqtisadi, mədəni, diplomatiya, hər sahədə bu əməkdaşlığı davam etdirəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO