Azərbaycanda 36 min şəxs üçün kiçik təsərrüfatlar yaradıldı

Azərbaycanda 36 min şəxs üçün kiçik təsərrüfatlar yaradıldı

Hazırda oxunan: Azərbaycanda 36 min şəxs üçün kiçik təsərrüfatlar yaradıldı

49368

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində 2018-2021-ci illərdə 36 min şəxsə aktivlər verilməklə onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

Bizim.Media xəbər verir ki, bu barədə sözgedən nazirliyin son hesabatında bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngilanın Ağalı kənd sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq - FOTO  


Proqramın icrası zamanı aztəminatlı ailələrə, şəhid ailələri və müharibə iştirakçılarına, əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və digər həssas qruplara üstünlük verilib.

Son illərdə özünüməşğulluq proqramının əhatə etdiyi kənd təsərrüfatı və istehsal-xidmət yönümlü iqtisadi fəaliyyət növləri sırası da genişləndirilərək 44-ə çatdırlıb.

Qeyd edək ki, özünüməşğulluq proqramına 2021-ci ildə 16 min şəxsin cəlb edilməsi nəzərdə tutulub ki, bu da proqramın icrasına başlandığı 2017-ci il ilə müqayisədə 15 dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO