Respublikaçılar ABŞ-da seçkilərlə bağlı məhkəmə prosesini dəstəklədi

Respublikaçılar ABŞ-da seçkilərlə bağlı məhkəmə prosesini dəstəklədi

Hazırda oxunan: Respublikaçılar ABŞ-da seçkilərlə bağlı məhkəmə prosesini dəstəklədi

4935

ABŞ nümayəndələr palatasının Respublikaçı üzvləri seçkilərlə bağlı məhkəmə prosesini dətəkləyib.

Bizim.Media “RİA  Novosti”yə istinadla xəbər verir ki, 100-dən çox Respublikaçı, Demokrat Co Baydenin qalib  gəldiyi bəzi ştatlarda prezident seçkilərinin nəticələrinin yenidən nəzərdən keçirilməsinə dair məhkəmə prosesini dəstəkləyib.

Qeyd edək ki, ABŞ-da noyabrın 3-də keçirilən president seçkilərində Ağ Ev uğrunda Respublikaçı Donald Tramp və Demokrat Co Bayden mübarizə aparıb.

ABŞ mediasının proqnozlarına görə, Co Bayden dövlətin yeni başçısıdır. Seçkilərin rəsmi nəticələrin olmadığına rəğmən, bir çox dünya lideri artıq Baydeni qələbə münasibəti ilə təbrik edib.

Tramp isə məğlubiyyətini rəsmi olaraq etiraf etməyib və bir sıra ştatlarda poçtla alınan bülletenlərin əl ilə yenidən sayılması tələbi ilə məhkəməyə müraciət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO