Fərid Qayıbov bazanın açılışında şəhid atasına plaket verdi - FOTO

Fərid Qayıbov bazanın açılışında şəhid atasına plaket verdi - FOTO

Hazırda oxunan: Fərid Qayıbov bazanın açılışında şəhid atasına plaket verdi - FOTO

49332

Pouerliftinq üzrə Azərbaycan millisinin təlim-məşq bazasının açılışı olub.

Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mərasimdə nazir Fərid Qayıbov da iştirak edib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdən əvvəl Azərbaycan Pouerliftinq Federasiyasının fəaliyyəti barədə təqdimat olub.

Fərid Qayıbov şəhid idmançı Muxtar Qasımlının atası Əli Qasımlıya xatirə plaketi təqdim edib. Açılışın qonağı olan qazilərə isə xatirə hədiyyələri təqdim edilib.

Yeni bazada yaradılmış şəraitlə tanış olan nazir yığma komanda üzvləri ilə görüşüb və yeni mərkəzdə məşq proseslərini izləyib. Federasiya prezidenti Ələddin Əliyev nazirə qarşıdakı yarış və tədbirlər barədə məlumat verib.

Tədbirdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Fərid Mansurov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, federasiya rəsmiləri və yığma komandanın üzvləri iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO