Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğramasında hər hansı bir təxribat və ya kənar müdaxilə yoxdur.
Bizim.Media-nın məlumatına görə, bunu Baş prokurorun böyük köməkçisi, Ədliyyə müşaviri Mahir Abbasov bu gün 2021-ci il noyabrın 5-də verilən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək
O bildirib ki, hadisə baş verəndən sonra dərhal Baş Prokurorluğun istintaq qrupu yaradılıb və hadisə yerinə gedilib:
“Mürəkkəb bir hadisə olduğuna görə müxtəlif növ ekpertizalar təyin edilib. Hadisənin baş verməsində hər hansı bir təxribat, kənar müdaxilə yoxdur. Ekspertizaların rəylərindən sonra hadisənin baş verməsi barəbə dəqiq məlumat veriləcək”, - deyə o bildirib.
M.Abbasov əlavə edib ki, helikopterin “qara qutu”su üzərində iş aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:42 / 06.12.2021
Baş Prokurorluqdan qəzaya uğrayan helikopterin “qara qutu”su ilə bağlı YENİ AÇIQLAMA
Hazırda oxunan: Baş Prokurorluqdan qəzaya uğrayan helikopterin “qara qutu”su ilə bağlı YENİ AÇIQLAMA
Hazırda oxunan: Baş Prokurorluqdan qəzaya uğrayan helikopterin “qara qutu”su ilə bağlı YENİ AÇIQLAMA
49330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.