Avronun dizaynı dəyişilir - 2024-cü ildən 

Avronun dizaynı dəyişilir - 2024-cü ildən 

Hazırda oxunan: Avronun dizaynı dəyişilir - 2024-cü ildən 

49329

Avropa Mərkəzi Bankı avro əskinaslarını yenidən dizayn etməyi planlaşdırdığını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat qurumun saytında yer alıb.

Mərkəzi Bankın sədri Kristin Laqard deyib:

“20 ildən sonra əskinaslarımızı bütün avropalılar üçün daha cəlbedici etmək üçün onların xarici görünüşünə yenidən baxmağın vaxtı çatıb”.

Onun fikrincə, yeni əskinaslar Avropanın birliyini göstərməlidir və 2024-cü ildə dövriyyəyə buraxıla bilər.

Xatırladaq ki, avro 2002-ci ildə dövriyyəyə buraxılıb. Hal-hazırda pul əskinaslarında müxtəlif memarlıq üslublarına aid pəncərələr, qapılar, körpülər təsvir edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO