Pənah Hüseyn “Müsavat tv”nin aparıcısı ilə niyə razılaşmadı? – VİDEO

Pənah Hüseyn “Müsavat tv”nin aparıcısı ilə niyə razılaşmadı? – VİDEO

Hazırda oxunan: Pənah Hüseyn “Müsavat tv”nin aparıcısı ilə niyə razılaşmadı? – VİDEO

49294

Canlı yayımların birində qonaq olan Azərbaycanın eks baş naziri Pənah Hüseyn aparıcının fikirləri ilə razılaşmayıb. Sual isə belə olub: 

“Xəritələrin dəqiqliyi ilə bağlı şübhələr olduğu bir vaxtda biz “ermənilərin diktəsi ilə, yaxud onların tələbləri ilə çox razılaşırıq” kimi bir rəy yaranır. Necə düşünürsünüz, xəritələr dəqiq deyil, amma biz hərbçiləri təhvil veririk. Onlar təxribat edirlər, amma biz adekvat addımlar atmırıq. Ümumi vəziyyət nə göstərir?”

Pənah Hüseynin cavabının əvvəli:

“Bu məsələdə sizin fikrini ifadə etdiyiniz rəylərlə bir qədər opponentlik edərdim. Çünki noyabrın 16-dakı əsirlərlə diversant və terrorçular arasında müəyyən hüquqi fərq var”.

Bizim.Media xəbər verir ki, Azərbaycan Xalq Partiyasının sədri Qarabağdakı diversantları müharibə qanunlarından kənar adlandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalardan Şuşaya kimlər gedib? – SİYAHI - FOTO


Partiya liderinin sözlərinə görə, 9-10 noyabr (2020) üçtərəfli bəyanatına qədər əsir götürülən ermənilərin hamısı qaytarılıb. Sonra ələ keçirilənlər isə sənədin müddəalarını pozublar. Hərbi əsir məsələsinin nizamlanması beynəlxalq nəzərdə tutulan konvensiyalarda dəqiq ifadə olunub. Pənah Hüseyn əlavə edib ki, buna görə də əsir düşmüş ermənilərin qaytarılması gözlənilən idi.

Çünki bunların mübadiləsi haqqında beynəlxalq hüququn tənzimlədiyi qaydalar var. O ki qaldı bunun siyasi tərəfinə:

“Soçi görüşündə ümumi mətndən əlavə aşkar mesajlar verilib ki, şifahi razılaşmalar da var. Şifahi razılaşmalardan biri hələki baş tutmayıb. Putin birbaşa öz nitqində ifadə edib ki, nəqliyyat-kommunikasiyaların açılması ilə bir həftə ərzində xəbər elan olunacaq. Görüş oldu, amma razılıqlar əldə olunmadı. Təfərrüatları bilmirik”.

Pənah Hüseynin fikrinin davamına videodan baxa bilərsiniz:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO