Sabirabadda avtomobil su kanalına aşdı – 2 nəfər öldü

Sabirabadda avtomobil su kanalına aşdı – 2 nəfər öldü

Hazırda oxunan: Sabirabadda avtomobil su kanalına aşdı – 2 nəfər öldü

49222

Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Bizim.Media Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə, rayonun Nərimankənd kəndində "QAZ" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO