“Bağırov” körpüsünün alt hissəsində təmir yekunlaşdı – YOL AÇIQDIR – FOTO

“Bağırov” körpüsünün alt hissəsində təmir yekunlaşdı – YOL AÇIQDIR – FOTO

Hazırda oxunan: “Bağırov” körpüsünün alt hissəsində təmir yekunlaşdı – YOL AÇIQDIR – FOTO

48334

Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində (“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) təmir işləri icra olunub.

Bizim.Media bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumta görə, təmir işləri zamanı deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində 430 m uzunluğunda və 3300 kv.m sahədə, Xutor körpüsündən düşəndə isə 120 m uzunluğunda və 2175 kv.m sahədə təmir işləri aparılıb.Təmir işləri hərəkət intensizvliyi nəzərə alınaraq qeyri-iş günləri (şənbə və bazar) yerinə yetirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO