Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla bağlı şikayətlər səngimək bilmir.
Bizim.Media Sfera.az saytına istinadən xəbər verir ki, bu dəfə türkiyəli vətəndaşlardan biri Həsənovun "fəaliyyəti”ndən söz açıb.
Kadir Tekin adlı şəxs Əli Həsənovun Əhmədlidə yerləşən villasında çalışdığını, ancaq əməyinin qarşılığını ala bilmədiyini vurğulayıb:
MÖVZU İLƏ BAĞLI:
“KİVDF-yə Əli Həsənov rəhbərlik edirdi" - Samir Mustafayev məhkəmədə bəzi detalları açıqladı
"Həsənov 1900 manatımı vermədi, inkar etdi. Mən haqqımı almaq üçün yanına gedən zaman isə mühafizəçi 4 iti üstümə saldı. "Bir daha bura gəlmə, yoxsa özünü həbsxanada taparsan”, - deyə xəbərdarlıq etdilər”.
Bizim.Media