Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının (UNEP) hesabatına görə, koronavirus pandemiyasının səbəb olduğu istixana qazı tullantılarının azalmasına baxmayaraq, dünyada orta temperatur əsrin sonunadək 3°C-dən çox arta bilər.
Bizim.Media xəbər verir ki, koronavirus pandemiyasının yaratdığı iqtisadi tənəzzül nəticəsində bu il karbon qazı tullantılarının 7 faiz azalacağı gözlənilir.
UNEP-in icraçı direktoru İnger Andersen istixana qazı tullantılarının 2019-cu ildə maksimum həddə çatdığını deyib. O, cari ilin tarixdə ən isti olacağını bildirib:
“Buzlaqlar görünməmiş sürətlə əridiyi bir vaxtda meşə yanğınları, fırtına və quraqlıqlar xaos yaratmaqda davam edir”, - deyə Andersen vurğulayıb.
Hesabatda qeyd olunub ki, pandemiyadan sonrakı “yaşıl” bərpa tədbirləri istixana qazı tullantılarının 2030-cu ilədək 25 faiz azalmasına səbəb ola bilər.
Bununla yanaşı, “yaşıl” bərpa tədbirlərinin dünyanın Paris İqlim razılaşması çərçivəsində təyin edilmiş 2°C-yə yaxınlaşmasına zəmin yaradacağı bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:05 / 10.12.2020
Orta temperatur 3 dərəcədən çox arta bilər
Hazırda oxunan: Orta temperatur 3 dərəcədən çox arta bilər
Hazırda oxunan: Orta temperatur 3 dərəcədən çox arta bilər
4805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.