Kimlərə təhsil krediti verilməyəcək? – RƏSMİ CAVAB

Kimlərə təhsil krediti verilməyəcək? – RƏSMİ CAVAB

Hazırda oxunan: Kimlərə təhsil krediti verilməyəcək? – RƏSMİ CAVAB

47630

"Akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilməyəcək. Çünki müraciət vaxtı son semestr üçün olan nəticələrə baxılır".

Bizim.Media xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (ttk) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil tələbə kreditləri üçün müraciətlər başlanıldı – CANLI YAYIM


Nazir müavini bildirib ki, normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə də kreditlər verilməyəcək.

İ.İsayev eyni zamanda təhsili bitirəndən sonra işə düzələ bilməyən və krediti qaytara bilməyən tələbələrin aqibətindən də danışıb:

"Biz istəmərik ki, hansısa tələbə işsiz qalsın. Ancaq qanunvericiliyə görə əgər tələbə universiteti bitirdikdən sonra Təhsil Tələbə Kreditini ödəyə bilməsə, bu vəsait məhkəmə qaydasında ondan alınacaq".

O əlavə edib ki, TTK-nın veriləcəyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır:

"Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər".

Nazir müavini qeyd edib ki, bu gündən kreditlərin verilməsi üçün müraciətlərə başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO