"Müharibə qalıqları - mina, döyüş silah-sursatları işğalçıların mənfur niyətini əks etdirir. İşğaldan azad olunan bütün ərazilərdə “gözəgörünməz ölüm” təhlükəsinin təmizlənməsi işi sürətlə davam edir".
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, ərazilər təmizləndikcə istifadəyə təqdim olunur:
"İndi həssas dövrdür, hər kəs bu yerləri görmək arzusundadır. Bu, anlaşılandır. Ancaq əraziyə kütləvi axının təmin olunması orda gedən işlərə mane ola bilər. Nəzərə alsaq ki, əraziyə daxil olan bir şəxs minadan təmizlənən ərazidən kənara çıxması təhlükə riskini artırır. Bu risklər faciə ilə nəticələnə bilər. Ona görə, əsas diqqət bu gün ona yönəlib ki, maariflənmə işi ilə yanaşı, həmin rayonlara yaşamağa qayıdacaq vətəndaşlar üçün tam təhlükəsiz mühit yaradılsın. Əgər işlərin miqyasına baxsaq, bütün dövlət qurumları istiqamətlər üzrə fəaliyyətə cəlb edilib".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:21 / 25.11.2021
DİN vətəndaşlara xəbərdarlıq etdi
Hazırda oxunan: DİN vətəndaşlara xəbərdarlıq etdi
Hazırda oxunan: DİN vətəndaşlara xəbərdarlıq etdi
47588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.