Gürcüstan “3+3” regional əməkdaşlıq formatında iştirakdan imtina edib.
Bizim.Media "Sputnik Gürcüstan"-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Bakı qeyri-hərbi üsullarla müharibəni davam etdirir” - İskəndəryan
Qeyd edək ki, xüsusi nümayəndə bu gün Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin yeni sədri Qriqori Karasinlə görüşüb.
Z.Abaşidze rusiyalı diplomatın diqqətinə çatdırıb ki, Gürcüstan bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirməyəcək.
Bizim.Media