Pandemiyadan zərər çəkmiş sahibkarlara KREDİT VERİLİR - ŞƏRTLƏR BELƏDİR...

Pandemiyadan zərər çəkmiş sahibkarlara KREDİT VERİLİR - ŞƏRTLƏR BELƏDİR...

Hazırda oxunan: Pandemiyadan zərər çəkmiş sahibkarlara KREDİT VERİLİR - ŞƏRTLƏR BELƏDİR...

47369

Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində bizneslərin maliyyələşdirilməsini davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə Fondun sahibkarlara müraciətində bildirilib.

Dövlət zəmanəti sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından yeni almaq istədikləri kreditlərə verilir.

Bu mexanizm məbləği 3 milyon manat, illik faiz dərəcəsi 15%-dək, müddəti 3 ilə qədər olan kreditlərə şamil edilir.
 

Kreditlər üzrə 12 ayadək güzəşt müddəti tətbiq edilir.


Zəmanət verilmiş kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən subsidiyalaşdırılır.

Sahibkarlar dövlət zəmanətli kredit və subsidiya üçün elektron formada müraciət edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO