“Qarabağ”ı “Omoniya” ilə oyunda nə gözləyir? - Klubdan AÇIQLAMA

“Qarabağ”ı “Omoniya” ilə oyunda nə gözləyir? - Klubdan AÇIQLAMA

Hazırda oxunan: “Qarabağ”ı “Omoniya” ilə oyunda nə gözləyir? - Klubdan AÇIQLAMA

47274

Avrokuboklardakı yeganə təmsilçimiz olan Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqası çərçivəsində noyabrın 25-də qrup mərhələsində 5-ci görüşünə çıxacaq. “Qarabağ” saat 21.15-də start götürəcək matçda Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

“Qarabağ” klubu çıxdığı 4 matçda 10 xal toplayaraq qrup liderliyini qoruyub saxlayır.

Bundan əlavə klub növbəti mərhələyə çıxış imkanını da təmin edib. Lakin qrupu lider olaraq başa vurmaq uğrunda “Qarabağ” və İsveçrənin “Bazel” klubları arasında gərgin mübarizə davam edir.

Görüşöncəsi komandadakı ab-hava ilə bağlı Bizim.Media-ya açıqlama verən “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə klubdakı durumu bu cür ifadə edib:

“Görüşöncəsi klubda hər şey qaydasındadır. Sadəcə olaraq, Bədavi Hüseynov və Xayme Romero zədəli olduqları üçün matçda iştirak edə bilməyəcəklər. Komanda görüşdə var gücünü ortaya qoyacaq. Çünki qrup məhələsini ilk pillədə başa vurmaq üçün “Qarabağ”ın önəmli şansı var və bu, birbaşa 1/8 final mərhələsinə adlamaq deməkdir”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda futbolçular niyə taksi sürücüsünə çevrilir? - Gündüz Abbaszadə çətin sual qarşısında - VİDEO


Gündüz Abbaszadə azərkeşlərin oyuna marağının böyük olmasından da danışıb:

“Azərkeşlərin oyuna marağı gözlədiyimizdən də artıqdır. Oyun üçün 15500 bilet satışa çıxarılıb və 9000 bilet artıq satılıb. Bu isə, hal-hazırki vəziyyətdə çox ciddi rəqəmdir. Nəzərə alsaq ki, qarşıda 3 gün var və görüş start götürənə qədər bilet satışı davam edəcək, hesab edirik ki, bütün biletlər satılacaq. Çox təssüf ki, pandemiya dönəmindəyik və qaydalara əməl etmək bizim borcumuzdur. Bu səbəbdən də, stadionun ümumi tutumunun yalnız 50%-i həcmində azərkeş tutumuna icazə verilir. Lakin azərkeşlərin həmin 50%-lik hissəni dolduracağına ümid edirik”.

Qeyd edək ki, “Omoniya” ilə matç “Qarabağ”ın qrup mərhələsi çərçivəsində son ev oyunudur. Belə ki, Ağdam klubu sonuncu görüşünü səfərdə “Bazel” klubu ilə keçirəcək.

Murad Əhmədov, Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO