“Avropadan gələn maliyyənin əldə olunması məsələsini unutmamalıyıq. Çünki 2 milyard avro Ermənistan üçün böyük məbləğdir. Eyni zamanda Paşinyan diasporla da hesablaşmalıdır. Çünki Rusiyadan Ermənistana bu həcmdə maddi yardım gəlmir. Bu səbəbdən Ermənistan Rusiyadakı görüşdən imtina etdi. Lakin, düşünürəm ki, Paşinyan bu ilin sonuna qədər bir sıra vacib sənədlərə imza atacaq”
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn qatıldığı canlı yayımlardan birində deyib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Qarabağa görə yenə Putinə zəng etdi
Belə ki, dekabrın 15-də İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə baş tutacaq görüşü şərh edən siyasətçi, Ermənistandakı daxili durumun qarışıqlığına da diqqət çəkib.
“Paşinyanın zaman-zaman ictimai rəyin ziddinə qərarlar qəbul etdiyinin şahidi olmuşuq. Lakin sərhədlə bağlı məsələdə Nikol tərddüd etdi və əleyhdarlarına onunla bağlı planlar qurmaq imkanı verdi. Sərhədlərin delimitasiyası və demarkasiyası nə qədər ləngiyəcəksə, bunun Paşinyana vurduğu zərər o qədər böyük olacaq”, - deyə AXP sədri qeyd edib.
Partiya rəhbərinin fikrincə, Ermənistandakı qarşıdurmaların miqyası ciddi təsir qüvvəsinə malik deyil.
Pənah Hüseynin sözügedən mövzuda səsləndirdiyi fikirləri ilə videodan geniş formatda tanış ola bilərsiniz:
Murad Əhmədov, Bizim.Media