​​​​​​​Şəhid ailələri və müharibə əlillərinə mənzil verildi - FOTO

​​​​​​​Şəhid ailələri və müharibə əlillərinə mənzil verildi - FOTO

Hazırda oxunan: ​​​​​​​Şəhid ailələri və müharibə əlillərinə mənzil verildi - FOTO

47155

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, mənzillərin sənədlərini nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov və “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev təqdim ediblər.

Xatırladaq ki, şəhid ailələri və müharibə əlillərinə 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam aparılır.

Onlardan artıq 1900 mənzil qeyd olunan kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək isə 11 100 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verilib. Dövlət başçısının müvafiq Sərəncamı 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsini nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO