Bakı Ali Neft Məktəbində tələbələrin Spartakiadası başladı - FOTO

Bakı Ali Neft Məktəbində tələbələrin Spartakiadası başladı - FOTO

Hazırda oxunan: Bakı Ali Neft Məktəbində tələbələrin Spartakiadası başladı - FOTO

47091

Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının 10 illiyinə həsr edilmiş II, III, IV və V kurs tələbələri arasında Spartakiadanın açılışı olub. 

Bizim.Media xəbər verir ki, tədbirdə BANM-in rektoru Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, Ali Məktəbin professor-müəllim heyəti, tələbələr iştirak ediblər. 

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Açılış nitqi ilə çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov iştirakçıları salamlayaraq Bakı Ali Neft Məktəbinin 10 ildir uğurla fəaliyyət göstərdiyini, ən bilikli və bacarıqlı gənclərin buranı seçdiklərini bildirib.  

Elmar Qasımov bu gün başlayan və bir neçə ay davam edəcək Spartakiadada komandalar arasında maraqlı mübarizə aparılacağına inandığını əlavə edib. 
 

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkədə idmanın inkişafından, bu sahəyə dövlətin qayğısından bəhs edərək gənclərin idmana marağının artırılmasının vacibliyini vurğulayıb. 


Spartakiadada idmanın basketbol, voleybol, şahmat, stolüstü tennis, mini futbol və üzgüçülük növləri üzrə yarışlar keçiriləcək. Voleybol yarışlarında 17 komanda (Qızlar arasında 5 komanda, oğlanlar arasında 12 komanda), futzal yarışlarında 17 komanda, basketbol yarışlarında 10 komanda iştirak edir. Bundan başqa, fərdi idman növlərindən şahmatda 60 nəfər, stolüstü tennisdə 65, üzgüçülükdə 30 tələbə yarışacaq.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO